Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
AzerTimes Report-a istinadən xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.