Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)

Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan
zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması
məqsədilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx
olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub. Sürücülərə
bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara
uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin
istismarına yol verilməlidir.

Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq
olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada
protokollar tərtib edilib.

Keçirilən nəzarət profilaktiki tədbirlər nəticəsində digər qayda
pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq
tədbirlər görülüb.

Teqlər: