Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib

Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan
zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması
məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata
görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi
bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx
olduğu küçə və prospektlərdə təşkil olunan növbəti nəzarət
tədbirləri zamanı sürücülərə bir daha izah olunub ki, ixrac
qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən
sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.

Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq
olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada
protokollar tərtib edilib. Keçirilən nəzarət-profilaktiki tədbirlər
nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində
də qanunamüvafiq tədbirlər görülüb.

Teqlər: