Biləsuvarda 7 min abonentin qazı kəsildi

Biləsuvarda 7 min abonentin qazı kəsildi

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.

AzerTimes xəbər verir ki, Biləsuvar rayon Qaz İstismar İdarəsindən məlumat verilib.

Belə ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində qaz xəttinin zədələnməsi nəticəsində şəhərin, həmçinin Zəhmətabad, Əliabad, Xırmandalı və Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.

Teqlər: