Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurularaq istifadəyə verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, respublika əhəmiyyətli bu yol regionların, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı baxımından vacib rola malikdir.
Yolun uzunluğu 60 km-dir. Yol boyu 3 avtomobil körpüsü, 8 nöqtədə yeraltı keçid inşa edilib, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.