Pakistan səfiri Bilal Hayenin Azərbaycandakı diplomatik missiyası başa çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, Bilal Haye bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla vidalaşıb:
“Səfir hörmətli nazirə işlədiyi müddətdə Azərbaycandakı diplomatik missiyasına göstərdiyi dəstəyinə və əməkdaşlığa görə təşəkkür edib. Yaşasın Pakistan-Azərbaycan dostluğu”.