Biçim başlayandan bu günədək 1 milyon tondan çox taxıl yığılıb

Biçim başlayandan bu günədək 1 milyon tondan çox taxıl yığılıb

Azərbaycanda taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, iyunun 19-na olan məlumata görə, ölkə üzrə taxıl sahələrinin 33,5 faizində biçin başa çatıb. Biçilmiş 338188 hektar sahədən 1053514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.

Artıq ölkə üzrə 369303,7 hektar arpa sahəsinin 256695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.

Bu gün (19 iyun) biçin prosesində 1644 kombayn iştirak edir. Bunlardan 581-i “Aqrolizinq”in biçin gedən rayonlarda aqriservislərin balansında olan kombaynlarıdır. “Aqrolizinq” tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Biçin davam edir.