Bəziləri “Tərtər işi”ndən istifadə etməyə cəhd edir

Bəziləri “Tərtər işi”ndən istifadə etməyə cəhd edir

Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər.

AzerTimes xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

“Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”, – K.Əliyev söyləyib.

Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir:

“Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir”.

Teqlər: