Aprelin 30-u saat 10:30-a olan məlumata əsasən, bəzi yerlərdə
şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və
Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,yağıntının
miqdarı Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0
mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm,
Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm,
Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur,
Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə,
Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35
radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla
birlikdə xırda dənəli dolu düşüb.
Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20
m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu aprelin 29-da Bakıda iqlim
normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında
24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18°
isti, aran rayonlarında 27-32° isti olub.