Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər

Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil.

AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O bildirib ki, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır:

“İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər”.

Teqlər: