Bəzi sosial ödənişlərin artırılması üçün təkliflər hazırlanıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Sağlamlıq imkanları məhdud olan uşaqlara baxılması məqsədilə verilən ödənişlərin artırılması üçün təkliflər hazırlanıb.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O, təkliflərin artıq müvafiq qurumlara təqdim olunduğunu açıqlayıb.

Fond sədrinin sözlərinə görə, sosial sahə ilə bağlı ödənişlərdə tətbiq olunan artımlar davamlı olur. Növbəti dövrlərdə də bu sahədə artımların olması üçün təkliflər hazırlanıb və bu təkliflərə baxılacaq:


H.Məmişov əlavə edib ki, ötən illərdə müavinət və təqaüdlərin məbləğində əhəmiyyətli artımlar olub:

“Ölkə başçısı tərəfindən bu istiqamətdə aparılan islahatların anonsu verilir. Bu, o deməkdir ki, yaxın müddətdə bu sahədə artımların həyata keçirilməsini gözləmək olar”.

Teqlər: