Bu gün Azərbaycanda bəzi siqaretlərin qiyməti qalxıb.
Trend xəbər
verir ki, qiymətlər 10-30 qəpik civarında artıb.
Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi
ilə əlaqələndirirlər.
Ümumilikdə, əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan
siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 10 qəpik
bahalaşıb.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq ölkəmizdə böyük
siqaret istehsalçısı olan “Tabaterra” QSC-dən bildiriblər ki,
müəssisədə ümumilikdə 100-dən artıq çeşid olmaqla, yerli, o
cümlədən də dünyanın ən iri istehsalçıları olan “British American
Tobacco”, “Japan Tobacco International”, “İmperial Tobacco Group”
kimi şirkətlərə məxsus beynəlxalq brendlər istehsal
olunmaqdadır.
Qurumdan bildirilib ki, “Tabaterra” QSC heç bir siqaretin
qiymətini qaldırmayıb: “Dükanlarda satılan siqaretlərin
qiymətlərinə biz nəzarət etmirik”.