Bəzi rayonlarda dolu yağacaq

Bəzi rayonlarda dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.