Dünyanın hər yerində seçkilərdə xoşagəlməz hallar baş verir.
AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, müəyyən qərəzli qurumlar var ki, seçkilərdən sui-istifadə edirlər:
“Biz işimizi yaxşı görməliyik. Bizim beynəlxalq qurumlardan heç bir narazılığımız yoxdur. Heç kəsin arxayınlaşmağa da haqqı yoxdur. Biz seçkiləri şəffaf şəkildə keçirməliyik”.