Bəzi ölkələr alyansa qoşulmağımıza qarşıdır – Zelenski

Bəzi ölkələr alyansa qoşulmağımıza qarşıdır – Zelenski

Ukrayna qüvvələri NATO üzvü olan ölkələrlə eyni səviyyədədir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Əminik ki, biz artıq öz qüvvələrimizin imkanlarını bütün dünyaya göstərmişik. Hazırlıq səviyyəsinə, müdafiə sistemimizin sabitliyinə görə. Düşünürəm ki, biz ən azı NATO üzvü olan ölkələrlə eyni səviyyədəyik. Düşünürəm ki, biz eyni təhlükəsizlik dairəsində və eyni təhlükəsizlik ittifaqında olsaydıq, ədalətli olardı. Hamı deyir ki, NATO-nun qapıları açıqdır, ancaq bu qapılara çatmaq lazımdır”, – Zelenski söyləyib.

O bildirib ki, NATO-ya üzv ölkələrin ictimaiyyəti Ukraynanı dəstəkləyir, lakin bu ölkələrin bir sıra liderləri hələ də Kiyevin alyansa qoşulmasının tərəfdarı deyil.

Teqlər: