Bəzi müəllimlər şaftalını “şafdalı” kimi yazır – Nazir

Bəzi müəllimlər şaftalını “şafdalı” kimi yazır – Nazir

25-29 yaşı olan müəllimlər təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb.

AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, 40-55 yaş arası olanlar nazirliyi daha çox narahat edir. E.Əmrullayevin sözlərinə görə, şaftalı sözünü düz yaza bilməyən müəllimlər də var:

“60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib. Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər şaftalını “şafdalı” kimi yazır”.

Teqlər: