Bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir – Əhməd İsmayılov

Xəbər - Elçin Mehdiyev – Trend:

Bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar KİV-lərin fəaliyyətinə mənfi təsir edir.

AzerTimes-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.


O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilər: “Biz cəmiyyətimizi çaşdırıcı informasiayalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”, – deyə Ə.İsmayılov deyib.

Teqlər: