Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Teqlər: