Bəzən valideynlər uşaqlarına cizgi filmlərindəki personajların adlarını qoymağı təkid edirlər – Xidmət rəisi

Xəbər - Elçin Mehdiyev – Trend:

Bəzən valideylər öz övladlarına ya çizgi filmlərində olan personajların ya da hansısa gülünc doğuran əcnəbi adların qoyulmasına təkid edirlər.

AzerTimes-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, Xidmətin əməkdaşları valideynlərə həmin adların gələcəkdə uşaqların həmyaşıdları arasında gülüş mənbəyinə çevriləcəyini valideynlərin diqqətinə çatdırırlar.

R.Kərimova vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən də uşaqlara gülünc adların qoyulmasına yol verilmir. Onun sözlərinə görə, vətəndaşların gülünc adları qeydə alınmadığı halda məhkəməyə müraciət etmək hüququ var: “Biz valideynlərə tövsiyə edirik ki, övladlarına gülünc adlar qoymaqdan imtina etsinlər”.

Twitter: @ElchinMehdiyev

Teqlər: