BMT Livanın paytaxtı Beyrutdakı partlayışdan narahat olub.
AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisinin nümayəndəsi Florensiya Soto danışıb.
“Aydındır ki, hadisələrin inkişafı son dərəcə narahat edir”, – Soto vurğulayıb.
Qeyd edək ki, İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhəri ətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.