İranın Livandakı səfirliyi İsrailin Hizbullah qalası adlandırdığı yerə – Beyruta intensiv zərbələr endirməsini pisləyib və Yaxın Şərqdə təhlükəli eskalasiya barədə xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə “Arab Nyus” məlumat yayıb.
“Bu qınanılası cinayətdir… Oyun qaydalarını dəyişdirən təhlükəli eskalasiyanı ehtiva edir. İsrail lazımi cəzasını alacaq”, – deyə səfirlik bildirib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, zərbə müharibə cinayəti sayılır və buna görə həm İsrail, həm də ABŞ məsuliyyət daşımalıdır.
Qeyd edək ki, zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın məhv edildiyi iddiası yayılıb.