İsrailin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 45-ə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, İsrail sentyabrın 20-də Beyrutun cənubuna zərbələr endirib. Zərbələr nəticəsində Hizbullahın “Radvan” elit bölməsinin 6 komandiri öldürülüb. Hizbullah artıq hücumda hərəkatın xüsusi əməliyyatlar komandiri İbrahim Aqilin öldürüldüyünü təsdiqləyib.