İsrail qırıcılarının Livanın paytaxtı Beyruta zərbəsi nəticəsində Hizbullahın elit bölməsi “Radvan”ın 6 komandiri öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə MTV telekanlı məlumat yayıb.
Bildirilib ki, onların hamısı Hizbullahın hərbi lideri İbrahim Aqilin sədrliyi ilə keçirilən əməliyyat qərargahının iclasında iştirak ediblər.
Belə ki, İsrail təyyarələri Əl-Qaim məhəlləsində 7 mərtəbəli binanın qarajına və toplantının keçirildiyi hərbi bunkerə dörd raket zərbəsi endirib.
Qeyd edək ki, İsrail HHQ-nin Beyrut ətrafına zərbələri nəticəsində son məlumata görə, ölənlərin sayı 14-ə, yaralananları sayı isə 66-ya çatıb. Daha 17 nəfər itkin düşmüş sayılır.