Beyruta ağır zərbələr: Netanyahunun reytinqi qalxdı

Beyruta ağır zərbələr: Netanyahunun reytinqi qalxdı

İsrail ordusunun Livana ağır zərbələri Baş nazir Benyamin Netanyahunun populyarlığını artırıb.

AzerTimes xəbər verir ki, bu sözləri İsrailin “Haaretz” qəzetinin siyasi analitiki Akiva Eldar “Əl-Cəzirə” telekanalına deyib.

“İsraillilər Beyrutda hündürmərtəbəli binaların çökməsi görüntülərinə sevinirlər. Bu, yəhudilərin ən yaxşı orduya sahib olduğunu göstərir”, – o bildirib.

O qeyd edib ki, Netanyahu indi İsrailin ən böyük qəhrəmanıdır:

“Netanyahu Livanda atəşkəs çağırışı edən ABŞ-ın iradəsinə boyun əymədən şimal sakinlərini (İsrailin şimalı – red.) evlərinə qaytaracaq qalib lider obrazındadır”.

Teqlər: