Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır – Politoloq

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə alsa da, beynəlxaq məhkəmə bu faciəni soyqırımı kimi tanımalı, cinayətkarlar cəzasını almalıdırlar.

Bunu AzerTimes-a AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı törədilənə qədər Ermənistan tərəfindən azərbay­canlılara qarşı bir çox soyqırımılar həyata keçirilmişdi. Ermənistandan göndərilən silahlı dəstələr tərəfindən 1991-ci ilin iyun-de­kabr aylarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış mən­təqəsi, o cümlədən Meşəli, Cəmilli, Tuğ, İmarət-Qərvənd, Sır­xa­vənd, Umudlu, Kərkicahan və s. strateji əhəmiyyətli yaşayış mən­tə­qələri yandırıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi, yaralandı, əsir gö­tü­rül­dü.

Xocalının işğalı zamanı azərbaycanlıların so­y­qı­rı­mında 613 nəfərin vəhşicəsinə, işgəncələrlə qətlə yetirildiyini deyən alim qeyd edib ki, həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənis­tandan qaçqın düşərək Xocalıya pənah gətirmiş insanlar, Ermənistan silahlı qüvvələrinin Azər­bay­canın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şə­hə­ri­ni işğal edən zaman məcburi köçkün olmuş insanlar və 1989-cu ildə Fərqanə (Özbəkistan) hadisələri zamanı Azərbaycana sı­ğın­mış Axıska türkləri (onlar 54 ailə idi) də bu dəhşətli soyqırımın qur­banı oldular:

“Xocalıda insanlar xüsusi qəddarlıqla qətlə yetirildilər. Tək bir misal çəkmək istəyirəm. Fransada qondarma “erməni soyqırımı” barədə arxiv ma­te­rial­la­rını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu “Xocalı erməni ge­ne­ral­larının xatirələrində” adlı araşdırmasında Xocalı soyqırımında iş­ti­rak etmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada ya­şayan erməni Vasili Stardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın daxili orqanlarını əməliyyat yolu ilə çı­xararaq, Avropaya, ABŞ-a satıb”.

R.Dadaşova bildirib ki, Azərbaycan Ordusu Xocalı soyqırımının qisasını cəbhədə aldı, işğal edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla belə, Beynəlxalq Məhkəmə Xocalı soyqırımını soyqırımı kimi ta­nı­ma­lıdır, cinayətkarlar cəzasını almalıdırlar. “Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi Soyqırım cinayətinin qar­şı­sı­nın alınması və ona görə cəzalandırma haqqında konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab ediir. Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Məhz azərbaycanlı olduqlarına görə Ermənistanın Xocalı əhalisinə qarşı soyqırım həyata keçirdiyini deyən politoloq qeyd edib ki, Xocalıda törədilənlərə soy­qırım kimi qiymət verməyə istinad ediləcək bey­nəl­xalq hüquq normaları və müqavilələr var. Bunlar BMT Baş Məclisinin 9 de­kabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, 1951-ci ildə hüquqi qüvvəyə minmiş Soyqırım cinayətinin qar­şı­sı­nın alınması və ona görə cəzalandırma haqqında konvensiya, Nür­n­berq Hərbi Tribunallarının Nizamnaməsi, Beynəlxalq Cinayət Tri­bu­nalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi, Bey­nəl­xalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci mad­dəsi, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 6-cı maddəsi, Azər­baycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi; Azər­baycan Respublikası Prezidentinin “Azərbaycanlıların soy­qı­rı­mı haqqında” 26 mart 1998-ci il tarixli fərmanıdır.

Bu beynəlxalq hüquq sənədləri əsas verir ki, Xocalı soyqırımını törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması həyata keçirilsin. Soyqırım törətmiş şəxslərə uni­ver­sal yur­is­dik­si­yanın ­prinsipləri tətbiq edilməlidir. Rəhbərlər soy­qırım cinayətinin qarşısını almaq üzrə hə­rə­kət­ləri həyata ke­çir­mə­dik­ləri üçün məsuliyyət daşıyırlar. Soy­qı­rım cinayəti törətmiş şəxslər cinayət mə­suliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə ve­ril­m­ə­li­dir­lər.

Teqlər: