Bu gün Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində
üzgüçülük növü üzrə start götürəcək Beynəlxalq turnirdə ilk
sınaqlarına çıxacaqlar.
AzerTimes-ın məlumatına görə,
üzgüçülük üzrə yığmanın baş məşqçısı Rəşad Əbdurəhmanovun sözlərinə
görə idmançılarımızdan Ramil Vəlizadə 100-200 metr batterfley
üsulu, Əbdürəhman Rüstəmov 50-100-200 metr batterfley üsulu, Rəşad
Alquliyev 100-200 metr arxası üstə, 200-400 metr qarışıq üsulda,
Məryəm Şeyxəlizadəxangah 50 metr sərbəst üsul, 50-100 metr
batterfley üsulunda öz güclərini sınayacaqlar. Baş məşqçı əlavə
edib ki, bu turnirdə dünyanın su idman növləri inkişaf etmiş
dövlətləri çox sayda tanınmış üzgüçüləri ilə qatılıb. Məşqçilər
korpusunun bu idmançıların yaxşı nəticələr göstərəcəklərinə
ümidləri böyükdür.
Bu turnir həm bu il Budapeştdə, həm də 2023-cü ildə Fukaukada
keçiriləcək dünya çempionatına lisenziya xarakterli bir yarışdır.
Azərbaycan Üzgüçülük Federasiyandan verilən məlumata görə turnirdə
ölkəmizlə yanaşı İsveçrə, Ukraina, Ruminiya, Polşa, Macarıstan,
Xorvatiya, Cexiya və Gürcüstandan idmançılar öz güclərini
sınayacaqlar.