Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına dair bəyanat yayıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı çıxışına dair bəyanat yayıb.

Fond-danAzerTimes-a verilən məlumata görə, bəyanatda deyilir:

“ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də həqiqətləri əks etdirməyən açıqlamanın verilməsi təəccüb doğurur və qərəzli mövqe sərgiləyir.

Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir. 100 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmadan qiymətləndirilməsi düzgün deyil. Halbuki, Türkiyənin bu məsələ ilə bağlı Ortaq Tarixi Komissiyanın yaradılmasına dair davamlı təklifləri dəfələrlə rədd edilmişdir. Belə bir konstruktiv təklifə qarşı çıxmaq gərçək olan faktlardan qaçmağın göstəricisidir.

Türkiyə tarixən daima tolerantlıq nümayiş etdirmişdir. Buna görə də arxivlərin açılması və təhlili mühüm əhəmiyyət kəsb edir. 1915-ci il hadisələrinə verilən qiymət məhz bu sənədlərlə əsaslandırılmalıdır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sözügedən açıqlamanı ədalətsiz və bölgədə əminamanlıq çağırışlarına zidd olan siyasi səhv hesab edir.
Tarix sirr saxlamır. Şübhəsiz ki, vaxt gələcək, arxivlər açılacaq və o zaman tarixi saxtalaşdıran hökmlər millətindən asılı olmayaraq gələcək nəsillərdə dərin təəssüf hissi doğuracaq”.

Teqlər: