Regional əməkdaşlığa indi daha çox ehtiyac var.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür:
“Regional əməkdaşlığa indi daha çox ehtiyac var. Çünki beynəlxalq sistem çökür. Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”.