Beynəlxalq qiymətləndirmələrdə şagirdlərin nəticələri yaxşılaşıb – Təhsil İnstitutu

Xəbər - Çingiz Səfərli – Trend:

Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, bu gün ölkədə minlərlə şagird Təhsil İnstitutunun hazırladığı ehtiyat dərslikləri oxuyur. Müəllimlər də həmin dərsliklərlə bağlı fikirlərini bildirir: “Bütün bunlar işin miqyasına təsir edir. Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb. Olimpiadalara əlçatanlığın olması ilə bağlı institutun fəaliyyəti müsbətdir”, – direktor vurğulayıb.

Direktor əlavə edib ki, institut gələcəkdə özünün elm və innovasiya yönümlü potensialını daha da artırmalıdır: “Təhsilin bütün pillələrində müxtəlif tərəflərlə tədqiqat və təlimatlar bölüşdürülməlidir. Həmin tədqiqatlardan irəli gələn pilot layihələrin hədəfi tədricən təhsil sisteminə daxil olmalıdır. Təhsil ictimai prosesdir və tərəflər arasında müzakirələr aparılmalıdır”, – R.Əzizov əlavə edib.

Teqlər: