Neftçala RİH-in təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar
Günü şəhid ailələri ilə birlikdə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən
Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə
iştirakçıları iştirak edib.
Öncə xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin,
konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi
qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəman şəhid Camal
İsmayılovun anası Filarə İsmayılova, şəhid Maarif Əliyevin anası
Sevda Əliyeva, şəhid Mirmöhsüm Əhmədovun anası Arzu Əliyeva çıxış
edərək onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident
İlham Əliyevə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxış edərək tədbirdə
çıxış edən qadınları və onların simasında Neftçala rayonunun bütün
qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət arzulayıb.
Qadınlarımızın hər zaman bütün müəssisə və təşkilatlarda işləməsi,
karyeralarını qurmaları üçün hər zaman Prezident İlham Əliyev
tərəfindən uğurlu siyasi addımların atılmasından, şəhid ailələrinə,
müharibə iştirakçılarına hər zaman diqqət, qayğı olunmasından
danışıb. Bu bayram, həmçinin torpaqlarımızın müdafiəsi zamanı şəhid
olan qadınlarımızın, bütün şəhid analarımızın, onların
xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların
ömür-gün yoldaşlarının, vətənimiz üçün layiqli övladlar böyüdən
əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq
qadınlar bayramını daha qürurlu qeyd edir, çünki onun vətən üçün
sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən
işğalına 44 gündə son qoyub və torpaqlarımız düşmən işğalından azad
olunub.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon
Mədəniyyət evi kollektivinin hazırladığı kompozisiyalar ilə davam
edib.