Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABŞ-ın 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarını diplomatik boykot etməsini siyasi məsələ adlandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi-nin açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “Rəsmilərin və diplomatların iştirakı hər bir hökumətin sırf siyasi qərarıdır, BOK siyasi cəhətdən neytral olduğu üçün bu hüququ tam şəkildə tanıyır. Eyni zamanda, bəyanatda (ABŞ hökumətinin – red.) Olimpiya Oyunlarının və idmançıların orada iştirakının siyasətdən kənar qaldığı açıq şəkildə göstərilir və biz bunu alqışlayırıq”.
Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəldiyini açıqlayıb.
Xatırladaq ki, Pekində keçiriləcək qış Olimpiya Oyunları 2022-ci ilin 4-20 fevral tarixlərində baş tutacaq.