Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Şurasında dissertasiyaların əsas nəticələrinin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzunun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, elmi araşdırmalar jurnalı, multikulturalizm elmi-tədqiqatlarının nəticələrini əks etdirən, ildə 2 dəfə ingilis dilində dərc edilən elmi-tədqiqat jurnaldır. Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.
Qeyd edək ki, Beynəlxalq elmi jurnalın qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, beynəlxalq aləmdə kifayət qədər geniş oxucu kütləsinə sahibdir. Jurnal Ali Attestasiya Şurası tərəfindən qeydiyyata alınması yerli tədqiqatçılarımızın multikulturalizm sahəsində baş verən elmi yenilikləri əks etdirən məqalələrinin beynəlxalq auditoriyaya çatdırmasında, xarici alimlər arasında elmi əməkdaşlığın genişlənməsində böyük rol oynayacaqdır.
“International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilb.
Jurnal haqqında əlavə məlumat üçün: http://bimc-ijm.com/