Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanla bir sıra birgə
layihə hazırlayır.
Trend-in məlumatına görə, bunu Beynəlxalq
Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Vladimir Giorgiyev Azərbaycan Dövlət Miqrasiya Xidmətinin
beynəlxalq tərəfdaşlarla miqrasiyanın inklüziv, öncül və təkmil
idarəetməsi üçün əməkdaşlığının 15 illiyinə həsr olunmuş tədbir
zamanı deyib.
“Biz Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndiririk.
Miqrasiya Xidməti ilə əməkdaşlıq hər il daha da möhkəmlənir”, –
deyə o bildirib.
O, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin 2022-ci ilin mayında
Nyu-Yorkda keçiriləcək Miqrasiya forumunda uğurlu iştirakını
arzulayıb.