Beynəlxalq Məhkəmə Laçın yolu ilə bağlı bu qərarı verə bilməz

Beynəlxalq Məhkəmə Laçın yolu ilə bağlı bu qərarı verə bilməz

Dövlətin sərhəd və gömrük xidməti olur və burada ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələrinin və vətəndaşların sənədləri yoxlanılır. Bu BMT-yə üzv olan dövlətlərin tamamında belədir. Beynəlxaq Məhkəmə “yol açıq olmalıdır” qərarını verə bilər, ancaq “ölkənin sərhəd və gömrük xidməti olmamalıdır” kimi absurd qərara imza ata bilməz.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Ermənistan Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına mane ola bilməyəcək:

“Bunu etməyə başqalarının da səlahiyyəti yoxdur. Laçın yolundakı rusiyalı hərbi kontingentlə problem yaşanmaması üçün məsələnin texniki tərəfi Moskva ilə danışılmalıdır. Bu prosesi artıq sürətləndirməyə ehtiyac var”.

Teqlər: