Xəbər - Ləman Zeynalova – Trend:
2030-cu ildə Xəzər dənizində hasilat üçün əsaslı xərclər 2019-cu ilin göstəricilərinin yarısından azını təşkil edəcək.
Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.
Onun sözlərinə görə, Xəzərdə layihələrə investisiya qoyuluşlarında fasilələrin yaranmaması üçün gələcək təşəbbüslər daha az riskli və xərcli, eləcə də yüksəkgəlirli və azkarbonlu olmalıdır:
“Xəzər regionunda sutkada 6 milyon barel neft ekvivalenti hasil olunur. 19-cu əsrdən etibarən dünya enerji sektoru burada maye karbohidrogen və qaz hasilatını diqqət mərkəzində saxlayır. Xəzər bir çox iri şirkət üçün əsas region hesab olunur və bu region uzun illərə kifayət edəcək resurs bazasına malikdir”.
E.Şerman bildirib ki, dünya okeanına çıxışı olmayan region 2020-ci illərdə hasilat və satış sferalarında investisiya böhranı ilə üzləşə bilər:
“2020-ci illərdə Xəzər regionunda kommersiya nefti və qaz hasilatı artacaq. Bu, əsasən icra olunan meqalayihələrlə əlaqədardır. Amma 2030-cu ildə işlənmə və hasilat üçün kapital xərclər 2019-cu ilin göstəricilərinin yarısından azını təşkil edəcək”.
(Tərcümə: Orxan Nəbiyev)