Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib (FOTO)

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə
beynəlxalq konfransda iştirak edəcək heyətin Ağdama səfəri
başlayıb.

AzerTimes-ın Qarabağ bürosu xəbər verir ki, səfərdə 30-a yaxın
ölkədən olan 120 nəfərə yaxın nümayəndə heyəti iştirak edir.
Qonaqlardan 30 nəfəri minatəmizləmə sahəsində mütəxəssis olan
şəxslərdir.

Qonaqlar Ağdamın azad edilmiş hissəsində ANAMA-nın regional
mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri,
minatəmizləmə əməliyyat sahəsində işlərin gedişi ilə tanış
olacaqlar.

Teqlər: