Beynəlxalq ictimaiyyətin Qarabağda minaların təmizlənməsi
prosesində iştirakı lazımdır.
Trend-in
məlumatına görə, bunu ADA Universitetində keçirilən “Cənubi Qafqaz:
İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçısı
Şotlandiyanın Sent Endrüs Universitetinin professoru Rik Foun
deyib.
“Qarabağda olarkən minaların təmizlənməsi prosesi ilə bilavasitə
tanış olduq. Əlbəttə ki, bu məsələdə beynəlxalq dəstək lazımdır”, –
deyə bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bugünkü konfransda
çıxışı heyranlıq doğurur.
“Prezident üç saat ərzində danışıb. Onun iştirakçıların hər bir
sualına cavabı dəqiq və aydın idi. Biz Cənubi Qafqazın inkişafı,
Azərbaycanın qonşu ölkələrlə və digər dövlətlərlə münasibətləri
üzrə müxtəlif suallara cavablar aldıq” – R.Foun deyib.
(Tərcümə: Orxan Nəbiyev)