Ötən həftə Bakıda səfərdə idim və Ağdamı ziyarət etdim. Minalanmış ərazinin böyüklüyünü gördüm. Ərazi Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya zonasındakından daha çox minalanıb.
AzerTimes-ın məlumatına görə, bunu Fransa Senatının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule deyib.
Fransalı senator bildirib: “Kəlbəcərdəki minaya görə həlak olan 2 jurnalistin Sirac Abışov və Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm.
Erməni hərbi qüvvələri minaların xəritəsini verməlidir.
Beynəlxalq ictimaiyyət və xüsusi olaraq Fransa Ermənilərin lehinə olan balanssız siyasətlərini dayandırmalıdır.
Azərbaycan Minaların təmizlənməsi agentliyi ANAMA-ya baş çəkdim. Beynəlxalq ictimaiyyət ədalətli və balanslı bir siyasətlə Azərbaycanın bütün minaları təmizləməsində və sülh prosesinə kömək etməlidir.
Avropalı həmkarlarımdan seçki səbəbləri ilə erməni lobbisini dəstəkləmək əvəzinə, öz fikirlərini bildirmək üçün Azərbaycana getmələrini xahiş edirəm”.