Beynəlxalq ictimaiyyət İrəvana təzyiq etməlidir!

Beynəlxalq ictimaiyyət İrəvana təzyiq etməlidir!

Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir.

AzerTimes xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının 33-cü ildönümü ilə bağlı müraciətində qeyd edilib.

“Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilmiş, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülmüşdür. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub”.

Qeyd edilib ki, Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.

Teqlər: