Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət
Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman
imzalayıb.
Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti “Azərbaycan
Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul
edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması,
saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində
təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
“Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika
Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli
Sərəncamı ləğv edilir.