Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu azaldıb

Xəbər - Ləman Zeynalova – Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının
2022-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini
proqnozlaşdırır. Əvvəlki hesabatda bu, 0,72 milyon barel/sutkaya
bərabər idi.

Trend bu barədə
Agentliyə istinadən məlumat verir.

Agentliyin proqnozlarına əsasən, 2022-ci ilin birinci rübündə
Azərbaycanda neft hasilatı 0,70 milyon barel/sutka, ikinci və
üçüncü rüblərində 0,71 milyon barel/sutka təşkil edəcək. Dördüncü
rübün hasilatı ilə bağlı məlumat dərc edilməyib.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə
Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə
0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon
barel/sutka təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: