Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının
2022-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini
proqnozlaşdırır.

Trend bu barədə
Agentliyə istinadən məlumat verir.

Agentliyin proqnozlarına əsasən, 2022-ci ilin birinci rübündə
Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci və üçüncü
rüblərində 0,69 milyon barel/sutka təşkil edəcək. Dördüncü rübün
hasilatı ilə bağlı məlumat dərc edilməyib.

Hesabatda qeyd olunub ki, 2021-ci ilin birinci rübündə
Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə
0,69 milyon barel/sutka, üçüncü və dördüncü rübündə 0,71 milyon
barel/sutka təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: