Xəbər - Ləman Zeynalova – Trend:
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.
Trend bu barədə Agentliyə istinadən məlumat verir.
Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.
Proqnoza əsasən, bu ilin dördüncü rübündə hasilat 0,72 milyon barel/sutka olacaq.
2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,72 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnozda bu göstərici 0,73 milyon barel/sutkaya bərabər idi.
Qeyd edək ki, BEA-nın hesabatına əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil etmişdi.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)