Beynəlxalq ekspert AQTİ mütəxəssislərinə təlim keçib (FOTO)

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

Növbəti belə təlim Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik nazirliyində fəaliyyət göstərən qida mühəndisi Erhan Yedikardeş tərəfindən AQTİ laboratoriyalarının əməkdaşlarına ISO 17025 “Sınaq laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda keçirilib.

Təlim çərçivəsində beynəlxalq ekspert tərəfindən “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” beynəlxalq standartının yeni 2017-ci il versiyası haqqında məlumat verilib, bundan öncəki və standartın cari versiyaları arasındakı fərqlər, habelə tətbiq zamanı yarana biləcək bir sıra mühüm məqamlar standartın maddələri üzrə mütəxəssislərə izah edilib.

Qeyd edək ki, bu təlim laboratoriya işçilərinin səriştəliliyini və daha etibarlı nəticələr təqdim etmələrini nümayiş etdirməyə imkan verir.

Teqlər: