Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı bəyanat yaydı

İranda narkotik maddə ticarəti ilə bağlı icra edilən edam cəzalarının sayı 3 dəfə artıb.

AzerTimes xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatda bildirilir.

Bəyanatda İranda yaşayan etnik bəlucların ölkə əhalisinin 5 faizini təşkil etdiyi halda, edam edilənlərin 20 faizinin bəluc olduğu vurğulanıb.

“Beynəlxalq qanunlarla da ziddiyyət təşkil edən narkotik cinayətlərinə görə edamların bu biabırçı statistikası insanların İran hökuməti tərəfindən açıq-aşkar yaşamaq hüququndan məhrum edilməsidir”, – bəyanatda qeyd olunub.

Teqlər: