Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı qərar verib.

AzerTimes-ın məlumatına görə, belə ki, məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, beynəlxalq məhkəmə bu gün Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Teqlər: