Beynəlxalq Bankın adından “Whatsapp”da saxta mesajlar yayılır

Azərbaycan Beynəlxalq Bankının 30 illik yubileyi münasibətilə
pul udmaq şansı barədə “Whatsapp” vasitəsilə yayılan mesajlar
göndərilir.

Yayılan mesajlarla bağlı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin
mətbuat xidmətinin rəhbəti Yadigar Cəfərov Trend-ə bildirib ki, bu
paylaşımların ABB-yə heç bir aidiyyəti yoxdur.

Onun sözlərinə görə, belə yalan çağırışların məqsədi isə
müştərilərin fərdi məlumatlarını ələ keçirib, sonra onlardan öz
məqsədləri üçün istifadə etməkdir.

“Müştərilərin bu cür saxta məlumatlara inanmamasını xahiş
edirik.ABB-yə aid məlumatlarda əsas mənbə kimi www.abb-bank.az adlı
saytımıza və sosial şəbəkələrdəki korporativ səhifələrimizə istinad
edilməsi tövsiyə olunur”, – deyə Y.Cəfərov əlavə edib.

Twitter:@FaridZohrabov

Teqlər: