Beyləqanda silah-sursat tapıldı

Beyləqanda silah-sursat tapıldı

Beyləqan rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd AK-74 silahını, 2 ədəd F-1 və 1 ədəd RQN-D əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.

Teqlər: