Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun Bolsulu kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.