Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Beyləqan rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar Şəhla Həsənovaya məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məntəqənin istismarının dayandırılmasına səbəb yoxlama zamanı orada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntuların aşkarlanması olub.

Teqlər: